Huşsuz vəziyyətdə tapılan Tofiq Hacıyevin xanımından xəbər var

Day.Az представляет новость на азербайджанском языке

Dünən dəm qazından zəhərlənərək ölən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin həyat yoldaşı Tamara Hacıyeva özünə gəlib.

1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsindən modern.az-a verilən məlumata görə, Tamara Hacıyevanın vəziyyəti yaxşılaşıb və bu gün səhər özünə gəlib:  

"Artıq vəziyyəti yaxşıdır, bu gün səhər özünə gəlib, yemək yeyir".

Şöbədən bildirilib ki, akademikin yoldaşı özünə gəlsə də, də reanimasiyadadır. "Palataya köçürülməyib, hələ ki reanimasiyadadır. Amma həyatı üçün təhlükə artıq sovuşub".

Qeyd edək ki, dünən akademik Tofiq Hacıyev dəm qazından zəhərlənərək ölüb. Onun həyat yoldaşı Tamara Hacıyeva isə huşsuz vəziyyətdə tapılıb. 79 yaşlı Tamara Hacıyeva dilçi alimdir, hazırda təqaüddədir.

Fövqəladə Hallar Nazirliyi hadisə haqda məlumat yayıb. Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 2 nəfər bağlı qapı arxasında qalıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb, 1936-cı il təvəllüdlü Hacıyev Tofiq İsmayıl oğlunun cəsədi və həyat yoldaşı huşsuz vəziyyətdə aşkar edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.