Samuxda basqınçıların qadınla

Day.Az представляет новость на азербайджанском языке.

Samuxda yaşayış evinə basqın olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 22-də Samux rayonunda yaşayan Azadə Məmmədovanın evinə pəncərədən girmiş şəxsiyyəti məlum olmayan 2 nəfər onun anası Bəyazın ağzını yapışqanlı lentlə bağlayaraq oradan 500 manat götürüb hadisə yerini tərk edib.

Baş Cinayət-Axtarış İdarəsi, Samux Rayon Polis Şöbəsi, Xəzər və Səbail Rayon Polis İdarələri əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətmiş Gədəbəy rayon sakini Buta Abdullayev, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Orxan Əlizadə, Anar Rəhimov və Mehman Qarayev tutulublar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.