Ana 8 aylıq körpəsi ilə yoxa çıxıb

Day.Az представляет новость на азербайджанском языке.

Masallı rayonunda ana və körpəsi itkin düşüblər. Milli.Az lent.az-a istinadən bildirir ki, Hüseynhacılı kənd sakini Quliyeva Ramilə Yusif qızı noyabrın 13-də gecə saatlarında qızı, 8 aylıq Zarina ilə evdən çıxaraq naməlum istiqamətə gedib.
 
Həmin vaxtdan etibarən R.Quliyeva ilə əlaqə saxlamaq mümkün olmayıb.
 
Yaxınları R.Quliyevanın və körpəsinin xarakterik əlamətlərini polisə təqdim ediblər.
 
Axtarış tədbirləri davam etdirilir.
 
Ana və körpəsi barədə məlumatı olanlar Masallı Rayon Polis Şöbəsinin aşağıdakı nömrələri ilə əlaqə saxlaya bilər. 
 
021 255 61 34
 
070 942 55 48

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.