Bakıda külək ağacı avtomobilin üstünə aşırdı

Day.Az представляет новость на азербайджанском языке.

Bakıda güclü külək ağacı aşırıb. Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Tərlan Əliyarbəyov küçəsində baş verib. Həmin küçədəki 3 saylı binanın qarşısında irigövdəli ağac vətəndaşa məxsus "VAZ 2172" markalı 90 EE 204 dövlət nömrə nişanlı avtomobilin banına düşüb.
 
Hadisə nəticəsində nəqliyyat vasitəsinə xeyli ziyan dəyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.