Duman qəzaya səbəb oldu, sürücü yaralandı

Day.Az представляет новость на азербайджанском языке.

KANAL S (REGİON TV) xəbər verir ki, dünən axşam Şəkidə yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Ağcabədi rayon sakini Məmmədov Vidadi Bəhlul oğlunun idarə etdiyi 90 ZU 937 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili yoldan çıxıb və yol kənarındakı maneəni aşaraq torpaq ərazidə dayanıb. Hadisədə avtomobilə ziyan dəyib, sürücü isə xəsarət alıb. Dərhal xəstəxanaya çatdırılan zərərçəkənə ilkin tibbi yardım olunub. İlkin ehtimala görə, hadisə havanın dumanlı olması səbəbindən baş verib. Deyilənə görə, avtomobili yüksək sürətlə idarə edən sürücü görüntünun məhdud olması səbəbindən istiqaməti düzgün seçə bilməyib. Nəticədə qəza baş verib. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.