Avtomobil ağaca çırpılaraq aşdı: iki yaralı

Day.Az представляет новость на азербайджанском языке.

Göyçay rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə noyabrın 29-da saat 13 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 215-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb.
 
Göyçayın Qaraməryəm kənd sakini, 1952-ci il təvəllüdlü Tağıyev İlyas Ağaməmməd oğlu idarə etdiyi 10-KH-253 dövlət nömrə nişanlı, "VAZ 2106" markalı minik avtomobili ilə sürətlə hərəkətdə olarkən qarşısına çıxan maneə səbəbindən idarəetməni itirib.
 
Avtomobil yoldan çıxaraq ağaca çırpılıb, daha sonra 2 metr dərinliyində çökəyə aşıb.
 
Sürücü İlyas Tağıyev və onun sərnişini, Qarayazı kənd sakini, 1978-ci il təvəllüdlü Xankişiyev Pərviz İdris oğlu ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
 
Avtomobil tamamilə əzilərək yararsız hala düşüb. Xəsarət alanların vəziyyəti ağır olaraq qalır.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.   

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.