Daha bir dindar Lənkəranda saxlanıldı

Day.Az представляет новость на азербайджанском языке.

Musavat.com xəbər verir ki, E.Ağazadə evindən polis əməkdaşları tərəfindən aparılıb.

Əldə etdiyimiz məlumata görə, E.Ağazadə Tale Bağırzadə və tərəfdarlarının saxlanıldığı gün Lənkəranda məsciddə olub. Polis onu da saxlamaq istəsə də, məsciddə olan dindarlar buna imkan verməyib.

E.Ağazadənin Tale Bağırzadə və Hacı Zülfüqarla yaxın münasibətləri və əlaqələri olub. Onun saxlanılma səbəbi kimi də bu əlaqələr göstərilir.

Onu da qeyd edək ki, E.Ağazadənin həbsinə etiraz edən bir qrup dindar Lənkəran Rayon Polis İdarəsinin qarşısına toplaşıb.

Qeyd edək ki, noyabrın 6-da Nardaranda dindarlarla polis arasında silahlı qarşıdurma baş vermişdi. Bu zaman 2 polis əməkdaşı və 5 dindar dünyasını dəyişmişdi. Tale Bağırzadə və tərəfdarları saxlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.