Toyda düşən davaya görə cinayət işi açıldı

Day.Az представляет новость на азербайджанском языке.

Bakıda bir müddət öncə toyda yeni qohumlar arasında dava düşüb.

Milli.Az-ın verdiyi xəbərə görə, hadisə "Qızıl Buta" şadlıq sarayında baş verib.

Nizami rayonu, M.Əliyev küçəsində yerləşən şadlıq sarayında toy zamanı yeni qohumların içki məclisi dava ilə nəticələnib. Bakı sakini 1963-cü il təvəllüdlü Zakir Vəliyev və qardaşı 1960-cı il təvəllüdlü Adil toyda digər qonaq 1956-cı il təvəllüdlü Həzərxan Əbilovu döyüblər. Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Nizami RPİ-də araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.