Rüşvət almağa görə 1 ildir axtarışda olan məmur saxlanılıb

Day.Az представляет новость на азербайджанском языке.

Bakı polisi 1 ildir axtarışa verdiyi məmur saxlanılıb.

Milli.Az-ın verdiyi xəbərə görə, rüşvət almaq və vəzifə saxtakarlığına görə axtarışda olan şəxs Binəqədi polisi tərəfindən tutulub.

Cinayət Məcəlləsinin 311 (rüşvət almaq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə 2014-cü ilin iyun ayından 4-cü Polis Bölməsi tərəfindən axtarışa verilib. Bakı sakini olan 1966-cı il təvəllüdlü Bəhruz Məlikzadə saxlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.