Bakı-Sumqayıt yolunda qəza

Day.Az представляет новость на азербайджанском языке

Bakı-Sumqayıt yolunda ağır qəza baş verib.

ANS TV-nin məlumatına görə, magistral yolun Xırdalan şəhəri ərazisindən keçən hissədə çörəkdaşıyan mikroavtobus beton arakəsməyə çırpılıb. Hadisə nəticəsində ölən olmasa da, avtomobildə olan hər iki şəxs ağır bədən xəsarətləri alıb.

Hadisə şahidlərinin sözlərinə görə, yüksək sürətlə beton hissəyə çırpılan avtomobilin ön şüşəsi sındığından zərbə maşında olanları bayıra atıb.

Qeyd edək ki, oxşar hadisə Yevlax-Balakən-Gürcüstan magistral yolunun Zaqatala rayonuna giriş hissəsində baş vermişdi. Nəticədə 5 tona yaxın xurma aparan ağırtonnajlı yük avtomobili maşında yaranmış nasazlıq ucbatından idərəetməni itirərək, yolun kənarındakı iri gövdəli qoz ağacına çırpılıb. 5 tona yaxın məhsul Balakən rayonunda soyuducularda yerləşdirmək üçün aparılırdı. Yük maşınının qəza törətməsi səbəbindən məhsulun 70%-i məhv olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.
Bakı-Sumqayıt yolunda çörək daşıyan maşın aşdı