Qatar 63 yaşlı kişinin üstündən keçdi

Day.Az представляет новость на азербайджанском языке

Lənkəran rayonunda bədbəxt hadisə baş verib. Lənkəran Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın cənub bürosuna verilən məlumata görə, rayonun Göyşaban kənd sakini, 1952-ci il təvəllüdlü Akif Şükür oğlu Əliyev dəmir yolu xəttini keçərkən qatar onu vurub.

Sol bazu sümüyünün orta 3/1-nin qapalı sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilən A.Əliyevə müvafiq tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.