DİQQƏT! Mağazalardakı bu duzlar təhlükəlidir

Day.Az представляет новость на азербайджанском языке.

"Azad İstehlakçılar" Birliyinin sədri Eyyub Hüseynov növbəti dəfə mağazalarda satışa çıxarılan və insan sağlamlığı üçün təhlükəli olan məhsullarla bağlı həyəcan təbili çalıb.

"Qafqazinfo" xəbər verir ki, o, təşkil etdiyi mətbuat konfransında, müəyyən insanlar tərəfindən 2001-ci ildə qəbul edilmiş "Yod çatışmazlığı xəstəliklərinin profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında" qanunun kobud şəkildə pozulduğunu bildirib. İmmunitetin aşağı düşməsinə, nitq və eşitmə qüsurları, zob xəstəlikləri və s. bu kimi fəsadlara səbəb olan yodlaşdırılmayan duzlar hələ də ölkə ərazisində satılır. Eyyub Hüseynov mağazalarda satılan təhlükəli duz markalarının adlarını da qeyd edib. Bunlar, göy etiketli, çəkisi 1000 qr, Sankt-Peterburqdan idxal olunan, çəkisi 800 qr, qırmızı qapaqlı etiketində "домашняя кухня" yazılmış Moskva vilayətindən idxal olunan, "Zimuşka" mal nişanlı, çəkisi 180 qr, Sankt-Peterburqda istehsal olunmuş, "Marbelle" mal nişanlı, çəkisi 800 qr, Moskva vilayətində istehsal olunmuş, çəkisi 110 qr, qara şüşə qablara qablaşdırılmış, Türkiyə istehsalı olan "Deniz Tuzu", ölkənin xüsusən Şəmkir, Gədəbəy, Tovuz, Qazax, Bərdə, Ağcabədi, Ucar, Zərdab, İmişli, Göyçay, Şəmkir bölgələrində, Xırdalan və Sumqayıt ərazisində geniş şəbəkə ilə satılan, "Artyomsol" mal nişanı ilə gizli istehsal olunan, etiketində "Artyosol" (səhv tərcümə) yazılaraq satışa çıxarılan, etiketində "Şah" duz, etiketində "Duz" yazılmış qeyri-qanuni istehsal olunan yodsuz duzlardır.

Birbaşa dükan şəraitində qablaşdırılan, tərkibinə vurulmuş yodun miqdarı normadan 2 dəfə artıq olan "Ballı" mal nişanı ilə qablaşdırma etiketində "Rusiya bez yoda defisita", "Соль" yazılmış sellofan torbaya qablaşdırılma, помоль № 1 yazılmış "Руссоль" mal nişanlı duzlar isə yodla təmizlənsə də, suda həll olduqda bulanıq çöküntü verir. Bu isə onun da sağlamlıq üçün zərərli olmasından xəbər verir.

Mətbuat konfransının yekununda "Azad İstehlakçılar" İctimai Birliyi (AİİB) əhaliyə müraciət ünvanlayan qurumun rəhbəri, istehlakçılara qanunlara müvafiq istehsal olunmuş yerli mallara üstünlük verməyi tövsiyə edib.

Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.