Ramil Usubovdan rəis

Day.Az представляет новость на азербайджанском языке.

Zərdab Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinə yeni rəis təyin olunub.

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, iki gün öncə bu vəzifəyə daxili işlər naziri Ramil Usubovun əmri ilə polis mayoru Rəşad Xəlilov gətirilib. Rəşad Xəlilov bu təyinata qədər bölmənin rəis müavini vəzifəsində çalışırmış.

Qeyd edək ki, noyabr ayının əvvəlində daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə Zərdab Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi Müşviq Əmirov tutduğu vəzifədən azad edilərək Füzuli Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi təyin etmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.