Bakıda ər-arvadı küçədə döydülər

Day.Az представляет новость на азербайджанском языке.

Bakıda gənc oğlan gecə saatlarında qarşısına çıxan cütlüyü döyüb.

Milli.Az-ın verdiyi xəbərə görə, hadisə nəticəsində ər-arvad xəsarət alıb.

Bərdə rayon sakini, 1990-cı il təvəllüdlü Səbuhi Əliyev axşam saatlarında küçədə yaxınlaşdığı cütlüklə mübahisə edib. O, xuliqanlıq zəminində Erkin Annağıyevi və arvadı Reyhan Abbasovanı döyüb. Hadisəni törədən S.Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.