Kredit borcları silinəcəkmi?

Day.Az представляет новость на азербайджанском языке.

Bir neçə aydır ki, insanlar arasında kredit borclarının silinəcəyinə dair şayələr gəzir. Hətta bu xəbərlərdən ümidlənərək kredit borclarını ödəməkdən imtina edən vətəndaşlar da var. İqtisadçılar isə belə təkliflərin populizm xarakteri daşıdığını və indiki şəraitdə belə bir addımın atılmasının real olmadığını vurğulayırlar.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki, indiki vəziyyətdə kredit borclarının silinməsi real deyil. Çünki bu addım bankların iqtisadi vəziyyətini çətinləşdirə və bu da öz növbəsində, ölkə iqtisadiyyatına birbaşa ciddi mənfi təsir edə bilər.

Mütəxəssislər deyirlər ki, bu təklifdən ümidlənən bəzi vətəndaşlar kreditlərini ödəmirlər. Nəticədə həmin şəxslər bankların problemli müştərilər siyahısına düşürlər ki, bu isə onların yenidən kredit götürmələrində problem yarada bilər.

Bankların kredit borclarını silinməsi növbəti illərdə ölkədə kreditə tələbatın artmasına, eyni zamanda kredit ödəmə mədəniyyətinin aşağı düşməsinə gətirib çıxara bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.