Nardarandan ən son görüntülər

Day.Az представляет новость на азербайджанском языке

Daxili İşlər Nazirliyi (DİN), Milli təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun Nardaranda keçirdiyi birgə xüsusi əməliyyat davam edir. Bildirilir ki, xüsusi əməliyyat Azərbaycan prezidentinin nəzarətindədir və onun gedişi mütəmadi məruzə olunur. musavat.com Nardarandan yeni fotoları təqdim edir.

Xatırldaq ki,  2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib.

Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərmiş cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirən polis serjantları Vüqar Nəsibov və İsmayıl Tağıyev qəhrəmancasına həlak olublar.

Hadisə yerindən maddi sübut kimi 4 avtomat, 4 tapança, 12 qumbara, biri kənardan idarə edilən olmaqla 3 ədəd partlayıcı qurğu, 10 ədəd "Molotov Kokteyli", 7 ədəd bıçaq və xəncər, 3 ədəd beşbarmaq və s. götürülüb. Fakt üzrə Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120-ci, 214-cü, 220-ci, 228-ci, 233-cü, 278-ci, 279-cu, 281-ci, 283-cü, 315-ci və digər maddələri ilə cinayət işi başlanılıb. Cinayətkar dəstənin başçısı Taleh Bağırov başda olmaqla, 24 üzvü barədə məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.