Nardaranda evlər yoxlanılır

Day.Az представляет новость на азербайджанском языке

Bu gün səhər saatlarında Nardaranda əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə keçirilən əməliyyat tədbirlərilə əlaqədar qəsəbədə evlər yoxlanılır.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən evlərdə qeydiyyatı olan şəxslər siyahı üzrə yoxlanılır.

Qeyd edək ki, bu gün saat 8:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.