TQDK-da YENİLİK:

Day.Az представляет новость на азербайджанском языке

Ali məktəblərə qəbul imtahanlarında yenilik ola bilər. Söhbət test tapşırıqlarının hazırlanması qaydalarından gedir. Belə ki, hazırda abituriyentlər cavabları bir-birlərindən köçürməsin deyə test kitabçaları variantlar üzrə hazırlanır. Ancaq bundan sonra variantlar ümumiyyətlə ləğv oluna bilər. Buna yeni qurulan çap sistemi imkan verir.

"Xəzər Xəbər" bildirir ki, imtahanlarda variant üsulu ləğv edilə bilər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həm buraxılış, həm də qəbul imtahanlarının sual kitabçaları yeni sistemlə çap etdirəcək. Yeni çap prosesində insan faktoru tamamilə aradan qaldırılıb.

Sual kitabçaları çap olunur, zallar üzrə paketlənir və binalar üzrə qutulara yığılır. Sistem avtomoatik işləyir, hətta suallar və cavablar da avtomatik yer dəyişdirə bilər. Bu o deməkdir ki, yeni sistemdə bu variantlara ehtiyac qalmır.

Bu isə zallarda köçürmə ehtimalını minimuma endirəcək. Yeni sistemlə çap olunan sual kitabçalarında eyni zamanda abituriyentlər haqqında açıq və kodlaşdırılmış məlumat öz əksini tapır. Bu isə yazılı tapşırıqların tədbiqinə imkan verir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.