Xınalıq kəndində bir gün

Day.Az представляет новость на азербайджанском языке

Qubanın dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən Xınalıq kəndinə 1 aylıq fasilədən sonra növbəti gəlişimizdə hava bizi yenə təəccübləndirdi.

anspress bildirir ki,Xınalıq kəndi son vaxtlar bizə çoxlu sürprizlər yaşadır. Əgər biz avqustun 1-də burada qəfildən selə düşmüşdüksə, indi isə dekabrın 1-də burada dekabr ayı olsa da həm günəş var, həm də bərk qasırğa var. Yerli sakinlər bildirir ki, belə bir küləkdən sonra qar gəlir Xınalığa.

2300 nəfər əhalisi olan bu qədim yaşayış məntəqəsinin sakinləri, əsasən maldarlıq və dağ əkinçiliyi ilə məşğul olur. Kənddə qaz olmadığından dolanışığı kimi, camaatın istiliyi də maldarlıqdan əldə etdikləri peyindən çıxır. Rayonun meşə zonasından kəndə odun gətirmək mümkün olmadığından camaat qışda qoyun peyinindən qurudub qış üçün hazırladıqları gəmrəyə üz tuturlar.

Bu yerli əhalinin qışda yanacaq üçün istifadə etdiyi ən etibarlı mənbədir. Biz indi həmin ailələrdən birindəyik, bu ailədə də qış aylarında yanacaq kimi, istilik kimi yanlız gəmrədən istifadə olunur.

Xınaqlıqlı qadınlar qış azuqələrini də irəlicədən toplamağa çalışırlar. Müsahibimiz Şəkər Xasməmmədova kimi. Ocaqda çörək bişirən evdar xanımın fikirincə, evdə çörək olanda evin qadınının işi xeyli asanlaşır.

"2 həftəlik çörək bişiririk. Soyuq havada peçə qoyuruq, sonra qızdırıb yeyirik", deyə Şəkər Xasməmmədova bildirib.

Çörək bişirmək xanımların öhdəsinə düşürsə, qış aylarında qoyun ətindən qaxac hazırlamaq da kişilərin öhdəsinə düşür. Duzlanıb, qurudulmuş ət soyuq qış aylarında qar qapını alanda lap göydəndüşmə olur.

Xınalıq kəndinə ölkə başçısının həmişə xüsusi diqqəti olub. 2007 ci ildə Xınalıqa 57km uzunluğu olan asfalt yol çəkilib.Kənddə prezidentin tapşırığına əsasən 320 yerlik yeni internat məktəb də inşa olunub. Burada valideyinləri qışlaq zonalarda yaşayan 60 uşağın təlim-tərbiyəsi ilə məşğul olunur ki, bu da həmin uşaqların təhsildən yayınmasının qarşısını alır. Xınalıq artıq dünyaya çıxış da əldə edib. İnternet xətti vasitəsilə. Bu unikal dağ kəndində indi 25 nəfər sakin evində oturub birbaşa istədiyi xarici ölkə ilə əlaqə qura bilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.