Bakıda çılğınlıq:

Day.Az представляет новость на азербайджанском языке

Anspress.com-un xəbərinə görə, sərnişinlərin bəziləri ictimai nəqliyyata minəndə müxtəlif ideyaları gerçəkləşdirməyə can atırlar. Belə ki, qapısı açıq hərəkət edən avtobusda bir sərnşin slefi çəkdirmək qərarına gəlib.

Qapıda dayanan sərnişinlərlə selfi etmək gəncin lap ürəyincə idi. Kadrlar 160 saylı marşrut avtobusunda qeydə alınıb.

Kadrlardan da ayıdn görünür ki, içərisi sərnişinlə dolu olan avtobus qapısı açıq bir şəkildə idarə olunur və çılğın gənc də fürsəti əldən verməyib başlayıb selfi çəkdirməyə.

Sürücü nə öz təhlükəsizliyini, nə də sərnişinlərin təhlükəsizliyini nəzərə alır. Hərçənd ki, bu məsələdə avtobusun sürüçüsü ayıq-sayıq olmalı idi. Çünki, birmənalı olaraq nəqliyyat vasitəsini qapısı açıq idarə etmək olmaz.

Məsələ ilə bağlı Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinin rəsmisi Şəfa Mehmanqızı bildirdi ki, baş vermiş hadisə araşdırıldıqdaq sonra həmin sürücü cəzalanacaq:

"İlk öncə aidiyyati üzrə bu sahəyə cavabdeh olan qurumlara bu haqda məlumat veriləcək. Təbii ki, sərnişinlərin həyatını təhlükəyə atması yol verilməzdir. Məsələ ilə bağlı həm sahibkara xəbərdarlıq ediləcək, eləcə də sürücü mütləq bir şəkildə cəzalandırılacaq. Eyni zamanda belə bir hal təkrar baş verərsə, həmin sürücü işdən azad olunmalıdır. Bu olay cidd bir şəkildə nəzarətə götürüləcək". 

Ümid edək ki, sürücünün cəzalandırılması avtobusun qapısını açıq idarə edən sürücülərə də dərs olar. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.