"Oğurluq düzgün yol deyil" deyən gəncin 20 quldurluğu

Day.Az представляет новость на азербайджанском языке

"Oğurluq düzgün yol deyil" deyənin 19 yaşı var, 20 quldurluğu.

Sumqayıtda 20-yə yaxın quldurluq əməli törədən 19 yaşlı şəxs məsuliyyətə cəlb olunub. 

Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyatçıları şəhər ərazisində çoxsaylı oğurluq və quldurluq hadisələri törətməkdə şübhəli bilinən Kənan Ədalət oğlu Bayramovu yaxalayıblar. 19 yaşlı Kənan 20-yə yaxın oğurluq və quldurluq hadisələri törətməkdə şübhəli bilinir. 

Yaxalanaraq istintaqa təhvil verilən Kənan Bayramov törətdiyi hadisələri danışmaqdan çəkinməyib:

"Bilə-bilə etməmişəm bunu. Dedim, yəqin 40 min, 50 min götürərəm, qaçıb gedərəm Moskvaya. Dükandan siqaret aparırdım, onu satıb, gedirdim kafeyə, orada xərcləyirdim. Viski, Red Bull içirdim".

Özünün dediyinə görə, girdiyi evdən çox az məbləğdə pul çıxıb. Bundan sonra ikinci, üçüncü və sair oğurluq və quldurluq hadisələrini törədib. Kənan Sumqayıt polisi Salman Ağayevə məxsus mağazaya basqın edəndən sonra yaxalanıb. Dükana əlibıçaqlı girən Kənan Bayramov oradan pul və tütün məmulatları aparsa da, apardıqlarını xərcləməyə imkan tapmayıb.

"İstəyirdim ki, bir dəfə aparım, babat aparım, özümə şərait qurum. İçəridən çıxandan sonra başımı aşağı salıb, işimi görəcəyəm. Düzgün yolda deyiləm. Oğurluq düzgün yol deyil".

Kamran Bayramova qarşı Sumqayıt Şəhər Polis İdarəsində CM-nin oğurluq və quldurluq maddələri ilə cinayət işi başlanıb.

Region TV

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.
Əlibıçaqlı dükan soyan oğru: