Bakıda qanlı olay:

Day.Az представляет новость на азербайджанском языке

Bakıda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən marketlərdən birində qeydə alınıb.

Orada satıcı işləyən, 1980-ci il təvəllüdlü Pərvanə Qurbanova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən, 1982-ci il təvəllüdlü Fariz Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.