Azərbaycan idmançısı dünyanın on ən yaxşı oyunçusu sırasında Day.Az представляет новость на азербайджанском языке.

Beynəlxalq Güləş Federasiyası (FİLA) tərəfindən 2013-cü ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatı zamanı "Ən yaxşı hücum edən güləşçi", "Ən yaxşı müdafiə olunan güləşçi" və "Ən effektiv güləşçi" nominasiyalarında reytinq siyahısını açıqlanıb.

AzərTAc xəbər verir ki, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvü, Macarıstanda keçirilmiş dünya çempionatında gümüş medal qazanmış Xetaq Qazyumov "Ən yaxşı müdafiə olunan güləşçi" nominasiyasında ilk onluqda yer alıb.

Qeyd edək ki, X.Qazyumov Olimpiya Oyunlarının ikiqat bürünc mükafatçısı, dünya çempionu, dünya kubokunun sahibi, üçqat Avropa çempionu, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinin ikiqat qalibidir.