Türkiyə futbolunda "zəlzələ"

Day.Az представляет новость на азербайджанском языке:

Türkiyədə alternativ futbol çempionatı yaradılır.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ölkənin cənub-şərq bölgəsində, əsasən kürt əsilli əhalinin yaşadığı yerlərdə Türkiyə Futbol Federasiyasına alternativ futbol liqası yaradılır. TFF Super Liqasının "Yeni Diyarbəkirspor"-"Dənizlispor" qarşılaşmasından sonra yaranan qalmaqalın ardından diyarbəkirlilərə texniki məğlubiyyət verilmişdi. Bundan qəzəblənən klub rəhbərliyi bu gün adı çəkilən bölgəyə daxil olan futbol klublarının prezidentlərini Diyarbəkirdə toplayıb. Toplantıya səbəb isə cənub-şərq liqasının yaradılmasıdır.

Əgər klub prezidentləri razılığa gəlsə, Türkiyə Futbol Federasiyasından ayrılaraq müstəqil liqa təşkil edəcəklər.

Qeyd edək ki, keçən həftə Spor Toto 3 liqada Denizli BŞB ilə "Yeni Diyarbəkirspor" qarşılaşmasında hesab 1-1 ikən ara qızışıb. Azarkeşlər meydançaya daxil olub. Oyunda fasilə elan edilib. Diyarbəkir klubunun rəhbərliyi oyundan sonra liqadan çəkilmək qərarı alıb.