Fuad Musayev: "Belə şey olarmı ki..." Day.Az представляет новость на азербайджанском языке:

"Yozef Blatterin yenidən prezident seçilməsini çox yaxşı qarşıladım. FİFA-ya üzv assosiasiyaların seçimini alqışlayıram".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri sportnet.az-a açıqlamasında AFFA-nın keçmiş prezidenti Fuad Musayev deyib.
 

O, ABŞ-ın Y.Blatteri bu vəzifədən kənarlaşdırmaq üçün təxribatlara əl atdığını və UEFA prezidenti Mişel Platininin Y.Blatterə qarşı riyakarlıq etdiyini bildirib: "ABŞ min yola əl atdı ki, FİFA-nı parçalasın. Gah bomba xəbərini yaydılar, gah qızlar gəlib orada səs-küy saldılar. ABŞ prokurorluğundan gəlib FİFA-da yoxlanış edirlər. Belə şey olarmı ki, başqa ölkədən gəlib kimlərisə tutub aparsınlar?
 

Platini əclafdır. Blatterin prezident olmasını istəmirdi. Seçildikdən sonra isə gəlib əlini sıxır. Platini əsl sifətini göstərdi. Halbuki Blatter prezident olandan sonra Platinini UEFA-ya gətirdi. Onun köməyi ilə vəzifəyə gəldi".

Qeyd edək ki, mayın 29-da İsveçrənin Sürix şəhərində FİFA-nın prezident seçkiləri keçirilib. Yozef Blatter növbəti 5 ildə ali futbol qurumuna rəhbərlik edəcək.