"Qəbələ"-"Dinamo" oyununun vaxtı müəyyənləşdi

Day.Az представляет новость на азербайджанском языке:

Avropa Liqasının ilk təsnifat mərhələsində keçiriləcək "Qəbələ" - "Dinamo" (Tiflis) cavab oyununun başlama saatı müəyyənləşib.
 

Goal.az xəbər verir ki, Qəbələdə keçiriləcək qarşılaşma iyulun 9-u Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
 

Bu komandalar arasında ilk matç sabah oynanılacaq.

"Dinamo" - "Qəbələ" görüşünün start fiti 21:00-da səslənəcək.