Məşqçi: "Biz “Apollon”la müqayisədə daha çox qol imkanları yaratdıq" Day.Az представляет новость на азербайджанском языке.

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin "Apollon" (Kipr) - "Qəbələ" oyunundan (1:1) sonra "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçukun iştirakı ilə mətbuat konfransı keçirilib.

"Qafqazinfo" oyun haqda ukraynalı mütəxəssisin fikirlərini olduğu kimi təqdim edir:
 

"Oyun yaxşı səviyyədə keçdi. Stadiondakı atmosfer, azarkeşlərin komandalarını dəstəkləməsi də xoşuma gəldi. Qarşılaşmanın gedişində hesabda geri olub, sonradan bərabərlik qolunu vurduğumuzu nəzərə alsaq, hesabı normal saymaq olar. Komandamız bu matçda yaxşı, rəqibdən daha güclü oynadı. Biz "Apollon"la müqayisədə daha çox qol imkanları yaratdıq. Düşünürəm ki, hesab fərqli, bizim xeyrimizə də ola bilərdi. "Apollon" yaxşı komandadır. Hakimlikdən danışarkən, siz emosiyalara əsaslanırsız. Bu matçın hakimi yüksək səviyyəyə malikdir. Bütün komandalar oyunlarına onun təyinat almasını istəyir. Emosiyaları kənara qoyub, oyunu bir daha peşəkar gözüylə izləsəniz hakimlik haqda fikirləriniz dəyişər. Komandam qalib gəlmirsə, mən narazı qalıram. Hakimin nə vaxt penalti təyin etməsinin fərqi yoxdur. Əsas qərarın düzgün verilib-verilməməsidir. Bu oyundakı epizodun təkrarına baxmasam da, hakimi tanıdığımdan, səviyyəsinə, təcrübəsinə bələd olduğumdan onun düzgün qərar verdiyinə əminəm".