Rövnәq Abdullayev "Qarabağ"ın qələbəsindən danışdı Day.Az представляет новость на азербайджанском языке:

Xəbər verdiyimiz kimi, bu gün Avropa Liqasının "pley-off" mərhələsində "Qarabağ" İsveçrənin "Yanq Boyz" komandası ilə üz-üzə gəlib. Ağdam klubu rəqibini 3:0 hesabı ilə məğlub edərək Avroliqanın qrup mərhələsinə adlayıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, AFFA prezidenti Rövnәq Abdullayev də oyunla bağlı fikirlərini bölüşüb:

"Artıq qrup mәrhәlәsinә düşmәk Azәrbaycan komandaları üçün әnәnә halına çevrilib. "Qarabağ" ardıcıl ikinci il bunu etdi. Hәr kәsi tәbrik edirәm. Ümid edirәm ki, onlar qrup mәrhәlәsindә dә uğur qazanacaqlar. İnanıram ki, bu uğurun davamını "Qәbәlә" gәtirәcәk. Onlara da vacib oyunda uğurlar arzu edirәm".

Abdullayev Tofiq Bәhramov adına Respublika stadionunun qazonundan da danışıb:

"İdman Nazirliyi ilә danışmışıq. Stadionun qazonu dәyişdirilәcәk".

AFFA prezidenti millimizin Xorvatiya vә Malta komandalarına qarşı oyunlardan da uğur gözlәdiyini bildirib:

"Milli komandamızdan da uğurlu nәticә gözlәyirәm. Ümid edirәm ki, onlar "Qarabağ" vә "Qәbәlә"yә baxıb yaxşı nәticә qazanacaqlar".