"Qarabağ" və "Qəbələ"nin Avropa macəraları

Day.Az представляет новость на азербайджанском языке.

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, turnirdə çıxış edən təmsilçilərimiz "Qarabağ" və  "Qəbələ" növbəti oyunlarına çıxacaqlar.
 
İlk turda İngiltərədə "Tottenhem"ə məğlub olan ağdamlılar bu dəfə "evdə" Belçikanın ən titullu komandası "Anderlext"i qəbul edəcəklər. Qurban Qurbanovun yetirmələri adlı-sanlı rəqibinin qarşısında ilk xallarını qazanmaq əzmindədirlər. "Atlılar" bu qarşılaşmada qalib gələcəkləri halda ilkə də imza ata bilərlər. Belə ki, bu vaxta kimi, heç bir klubumuz qrup mərhələsi çərçivəsində evdə qələbə qazana bilməyib. Son üç matçdan qolsuz ayrılmayan "Qarabağ" bu dəfə də uğurlu seriyasını davam etdirmək istəyir.
 
Digər təmsilçimiz "Qəbələ" Rusiyada "Krasnodar"ın qonağı olacaq. İlk turda öz meydanında PAOK-la qarşılaşan və qolsuz bərabərliyə razılaşan əyalət klubu səfərdən də ən az 1 xalla dönərək xal ehtiyatını artırmaq niyyətindədir. İlk turda uduzan və buna görə qrupda sonuncu pillədə qərarlaşmış rusları məğlub edə bilsə, "Qəbələ" həm də ilkə imza atmış olacaq. Belə ki, "qırmızı-qaralar"ın hələ ki səfər qələbəsi yoxdur. Ardıcıl 6 avrokubok matçında uduzmayan "Qəbələ" uğurlu seriyasını Krasnodarda da davam etdirməyə çalışacaq.
 
Avropa Liqası, qrup mərhələsi
II tur
1 oktyabr

J qrupu
 
22:00. "Qarabağ" (Azərbaycan) - "Anderlext" (Belçika)
 
C qrupu
 
00:05. "Krasnodar" (Rusiya) - "Qəbələ" (Azərbaycan)

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.