FİFA “Qızıl top”a namizədlərin siyahısını açıqladı

Day.Az представляет новость на азербайджанском языке.

"Mundo Deportivo" nəşrinin verdiyi görə, siyahıda 59 futbolçunun adı yer alıb. "Qafqazinfo" xəbər verir ki, ali futbol qurumu oktyabrın sonunda namizədlərin sayını 23-ə endirəcək.

Dekabrın əvvəlində isə jurnalistlər, məşqçilər və futbolçuların seçimindən sonra namizədlərin sayı üç olacaq.

Siyahıda ən çox futbolçu ilə "Barselona" və "Real" (hər biri 7) təmsil olunub. "Bavariya" və "Mançester Siti"dən 5 futbolçu namizədlər arasında yer alıb.

Mükafatın verilməsi mərasimi gələn ilin 11 yanvarında təşkil olunacaq.

"Qızıl top"a namizəd futbolçular:

Bravo, Maskerano, İnyesta, Messi, Neymar, Rakitiç, Suares (hamısı "Barselona"), Beyl, Benzema, Kroos, Modriç, Ramos, Xames Rodriqes, Kriştiano Ronaldo (hamısı "Real"), Kyellini, Poqba, Morata (hamısı "Yuventus"), Vidal ("Yuventus"/"Bavariya"), Pirlo ("Yuventus"/"Nyu-York Siti"), Teves, "Yuventus"/"Boka Xuniors"), Levandovski, Robben, Alaba, Müller, Noyer (hamısı "Bavariya"), Boni, Yaya Ture, Serxio Aquero ("hamısı "Mançester Siti), Otamendi ("Valensiya"/"Mançester Siti), de Breyne ("Volfsburq"/"Mançester Siti), Dieqo Kosta, Villian, Kurtua, Hazard (hamısı "Çelsi"), Kavani, İbrahimoviç, Pastore (hamısı PSJ), Runi, de Xea (hər ikisi "Mançester Yunayted"), Depay (PSV/"Mançester Yunayted"), Ospina, Sançes (hər ikisi "Arsenal"), Qrizmann ("Atletiko"), Cekson Martines ("Porto/ "Atletiko" ), Bakka ("Sevilya "Milan"), dos Santos ("Vilyareal/"Los Anceles Qalaksi), Koutinyo ("Liverpul"), Son Hin Min ("Bayer"/"Tottenhem"), Atsu ("Everton" "Bornmut"), Qerrero ("Flaminqo"/ "Korintians), Varqas ("Kvins Park"/"Hoffenhaym"), Medel ("İnter"), Harri Keyn ("Tottenhem"), Lyakazett ("Lion"), Quardado (PSV), Sançes ("River Pleyt"), Ayyu ("Marsel"/ "Suonsi), Luonqo ("Suindon Taun"), Okadzaki ("Manyns"/"Lester").

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.