Azərbaycan Premyer Liqasında daha bir oyun

Day.Az представляет новость на азербайджанском языке.

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunun daha bir oyunu keçiriləcək.

Report-un məlumatına görə, çempionatın debütantı "Zirə" doğma azarkeşlər önündə "Neftçi" ilə üz-üzə gələcək.

Görüş "Zirə" İdman Kompleksinin stadionunda baş tutacaq. Komandalar VI turun nəticəsinə əsasən qonşu pillələrdə yer alıblar. Aktivində 12 xal olan "Zirə" 4-cü, 9 xal olan "Neftçi" isə 5-ci pillədədir.

Bugünkü görüşdə meydan sahibləri qələbə qazanacağı və oyun heç-heçə bitəcəyi təqdirdə turnir cədvəlindəki mövqeyini möhkəmləndirəcək. "Ağ-qaralar" isə meydanı qalib tərk edəcəyi halda "Zirə" ilə xallarını bərabərləşdirəcək.

Əliyar Ağayevin baş hakim olacağı qarşılaşma saat 19:00-da start götürəcək.

Azərbaycan Premyer Liqası, VII tur

19:00. "Zirə" - "Neftçi"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Məlik Həsənov

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun ilk oyununda AZAL doğma meydanda "Rəvan"ı 1:0 hesabı ilə məğlub edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.