Messi şikəst oldu?

Day.Az представляет новость на азербайджанском языке

"Barselona"nın futbolçusu Lionel Messinin son durumu hər kəsi təəccüblənirib. Həyat yoldaşı Antonella Rakkuzu ilə birgə oğlu Tiaqonu məktəbə aparan argentinalı hücumçu sol ayağındakı zədə səbəbindən qoltuqağacı ilə gəzib.

Palitranews.az-ın xəbərinə görə, buna baxmayaraq, Messinin əhvali-ruhiyyəsinin yüksək olduğu diqqətdən yayınmayıb.

Qeyd edək ki, zədəsi səbəbindən L.Messinin noyabrın 21-i La Liqada "Real"a qarşı matçda iştirak edib-etməyəcəyi hələlik müəyyənləşməyib. Ancaq klubun həkimləri həmin oyuna kimi L.Messinin tam sağalacağını təxmin edirlər. Xatırladaq ki, Messi La Liqanın 6-cı turunda "Las Palmas"a qarşı görüşdə zədələnib.

Kataloniya klubunun saytı argentinalı hücumçunu 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.