"Neftçi" - "Qarabağ" oyununda stadionda işıq söndü

"Neftçi" - "Qarabağ" oyununun keçirildiyi "Bakcell Arena" stadionu qaranlığa qərq olub. Milli.Az bildirir ki, bu barədə "Qarabağ" FK-nın Facebook səhifəsi məlumat verərək video paylaşıb. 

Qeyd edək ki, birinci hissədən sonra hesab 0:0 idi.

İkinci hissə başlayandan bir neçə dəqiqə sonra işıqlar söndürülüb və oyunda bir neçə dəqiqəlik fasilə yaranıb. Hazırda oyun davam edir.

Videonu izləmək üçün şəklə klikləyin.