Baş məşqçi Avro-2016-nın püşkatmasında yıxıldı

Day.Az представляет новость на азербайджанском языке.

İspaniya milli komandasının 64 yaşlı baş məşqçisi Visente Del Boske dekabrın 12-də Fransanın paytaxtı Parisdə bu ölkədə gələn il baş tutacaq futbol üzrə Avropa çempiontaının final mərhələsinin pükatması zamanı yıxılıb. Modern.az xarici mediaya istinadən bildirir ki, xoşagəlməz olay Avro-2016-nın iştirakçısı olacaq 24 ölkənin baş məşqçilərinin foto çəkdirdiyi zaman baş verib. Bu vaxt baş məşqçi ayağını boş yerə atdığından ən titullu Del Boske yarım metrlik hündürlükdən püşaktmaya qatılan qonaqların ayaqlarının altına yıxılıb.

Xəbərə görə, Del Boske 5 saniyəyə qədər dömədə hərəkətsiz qalıb, bundan sonra təşkilatçılar onu ayaq üstə qaldırıblar. Ağrılarını gizlədən baş məşqçi İspaniyadan olan nümayəndə heyətinin müşayiəti ilə zalı tərk edib. Ancaq onun hər addımını ağrı çəkərək atdığı gözdən yayınmayıb. Del Boskeni onlar üçün ayrılan ərazidə gözləyən jurnalistlər hazırkı Avropa çempionu olan İspaniyanın baş məşqçisini görə bilməyiblər. Onun püşkatmanın nəticəsi ilə bağlı açıqlaması UEFA-nın mətbuat xidməti vasitəsi ilə yayılıb.

Mənbələrin verdiyi məlumata görə, insidentdən sonra Del Boske dərhal Şarl-de Qoll hava limanına gətirilərək yubanmadan Madridə göndərilib. Onun vəziyyəti hazırda məlum deyil.

Əlavə edək ki, Del Boske futbol tarixində yeganə məşqçidir ki, həm dünya çempionatının, həm Avropa çempionatının, həm də UEFA Çempionlar Liqasının qalibi olub.