Тürkiyədə teleserial çəkilişi zamanı faciə baş verib - FOTO

Day.Az представляет новость на азербайджанском языке.


Тürkiyənin Konya şəhərində teleserial çəkilişi zamanı faciə baş verib.
 

Milli.Az DHA-ya istinadən bildirir ki, serialın ssenarisində partlayış səhnəsi vardı.

Lakin pirotexniklər həmin səhnənin çəkilməsi üçün partladıcı maddənin miqdarını həddən artıq etdikləri üçün böyük partlayış olub.
Ev darmadağın olub.
Ev sahibi Abdullah Karabakla viran olmuş evini görəndə infarkt olub.

Hadisə Konyanın Selcuklu rayonundakı Hocacihan Saray məhəlləsindəki Saray küçəsində baş verib.

"Şevkat Tepe" serialının çəkilişləri zamanı küçədəki evlərdən birindən dekorasiya üçün istifadə olunurdu.

Həmin evdəki partlayış səhnəsində partladıcı maddələr çox olub, partlayış güclü alınıb.

Partlayışdan sonra evdə yanğın başlayıb.

Hadisə yerinə gəlmiş yanğınsöndürənlər 1 saat çalışandan sonra alovları söndürə biliblər.

Evi viran qalmış Abdullah Karabakla infarkt keçirib, xəstəxanaya aparılıb. Yanğınsöndürən, 37 yaşlı Ramazan Yıldırım isə sağ gözündən yaralanıb.

Böyütmək üçün şəkillərə klikləyin.