İstanbul – Tehran qatarında bomba həyəcanı - FOTO - VİDEO Türkiyənin İstanbul şəhərindəki "Haydarpaşa" qatar stansiyasından İranın paytaxtı Tehrana gedən "Transasiya" 11512 saylı sərnişin qatarında mina olması barədə jandarm idarəsinə məlumat daxil olub. ANS PRESS-in məlumatına görə, 172 sərnişini olan qatar Bitlis vilayətinin Rahova stansiyasında dayandırılaraq axtarış aparılıb. Axtarış vaxtı sərnişinlərin təxliyyə olunduqları ərazidə mina aşkarlanıb. Həmin mina isə tapıldığı yerdə partladılaraq zərərsizləşdirilib.

Baş verənlər barədə Bitlis meri məlumat yayıb: "Bu gün saat 15.20-də əcnəbi 172 sərnişinin olduğu İstanbul - Tehran "Transasya" 11512 saylı qatarda partlayıcı olması barədə mərkəzimnizə məlumat daxil olub. Qatar Bitlis Rehova stansiyasında dayandırılaraq sərnişinlər təxliyyə olunub. Bundan sonra qatarda axtarış aparılıb və hər hansı bir partlayıcı qurğu aşkarlanmayıb. Təxliyyə olunaraq gözləyən sərnişinlərin dayandıqları ərazidə isə mina aşkarlanıb. İranlı sərnişinin təsadüfən gördüyü mina üçün hadisə yerinə partlayıcı mütəxəssisləri cəlb olunub. Görülən bütün təhlükəsizlik tədbirlərindən sonra mina yerində partladılıb. İranlı sərnişinlər isə mikroavtobuslarla Tatvan stansiyasına göndərilib. Burdan isə sərnişinlər İrana göndəriləcək".

Qeyd edək ki, son günlər PKK terror təşkilatının bölgədə fəallığı çoxaldığından hadisənin bu təşkilatın mənsubu olan terrorçular tərəfindən törədildiyi güman olunur.

Нажмите на фотографии для увеличения:



Нажмите на видео для просмотра:

фото