VƏHŞİLİYİN SON HƏDDİ: Su istəyən xəstə dayısını öldürdü

Day.Az представляет новость на азербайджанском языке:

Türkiyədə bir qadın yataq xəstəsi dayısını su istədiyinə görə öldürüb.

Publika.az-ın bu ölkənin mətbuatına istinadən verdiyi xəbərə görə, bir müddət əvvəl həyat yoldaşı ölən 65 yaşlı Müzəffər Gürsoy bacısı uşaqlarının yanında yaşamağa başlayıb. Yataq xəstəsi və öz ehtiyaclarını ödəmək üçün köməyə ehtiyac olan dayısının onlarda qalması 37 yaşlı Nəcla Şahinin narazılığına səbəb olub.
 

Sonuncu dəfə hadisə baş verən gün dayısı ondan su istədiyinə görə dalaşmağa başlayıb. Stulla dayısına vurub.
 

Ağır yaralanan M.Gürsoy xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. N.Şahin isə həbs edilib.