Dünyanın bir çox ölkəsində "beyin həftəsi" qeyd edilib - FOTO Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az Habertürk-ə istinadən bildirir ki, Türkiyənin Fərdi İnkişaf Mərkəzinin yaradıcısı (Kişisel Gelişim Merkezi) və yazıçı Mümin Sekmanın "Hər şey beyində başlar" kitabında beynini yaxşı işlətmək istəyənlər üçün maraqlı məqamlar var. Onları təqdim edirik.



Gündə ağlımızdan orta hesabla 70000 fikir keçir. Beynimizdə ən çox nəyi düşünürüksə, həyatımızda da onu çoxaldırıq. Fərdi olaraq öz gündəmini qurub ona riayət etməyi öyrənmək lazımdır.


 

Beynimiz "garbage in garbage out" prinsipi ilə çalışır. Yəni beynimizə "zibil" daxil olanda başqa "zibil"i vurub çıxarır. Beynimizi nə ilə qidalandırmağa mədəmizi nə ilə bəslədiyimizə diqqət yetirdiyimiz qədər fikir verməliyik.


 

Araşdırmala görə, bir şeyi tam analiz etmək üçün kürəyi üstə düşünmək daha faydalıdır. Hansısa bir iş başlayıb onu bitirmək niyyətiniz varsa, bütün detallarını qaçarkən düşünün.


 

Beyin eyni zamanda 7 bilik parçasını bir arada analiz edib işlədə bilir. Hər hansı bir məsələnin detalları 7-ni aşırsa, o zaman kağız-qələmdən istifadə edin, beyninizi yormayın.


 

Açıq havada gəzərkən, qaçarkən beyin 10% daha yaxşı işləyir. Bədən hərəkətdə olarkən beynin düşünmə keyfiyyəti daha da artır. Vacib qərarlar qəbul etməlisinizsə, əvvəlcə açıq havada gəzintiyə çıxın, orada düşünün.


 

Beynin bacarığını son həddinə çatdırmayınca onu inkişaf etdirmək mümkün deyil. Daim TV seyr etmək qavrama qabiliyyətini azaldır. Belə vərdişlər zaman keçdikcə beyni zəiflədir.


 

Beyin əzələ sistemi ilə işləmədiyindən bədən kimi yorulmaz. Onu daha çox monotonluq yorur. Yəni çox iş gördüyünüzə görə yox, eyni işi gördüyünüzə görə beyniniz yorula bilər.


 

Beynin 80%-i sudan ibarətdir. Gündə 10 stəkanadək su içmək beyin üçün faydalıdır. Su içmək üçün susamağı gözləməyin. Susuz qalan beyin quruyur, qavrama azalır, stres artır.


 

Beyni qorumaq da onu inkişaf etdirməyin bir hissəsidir. O, jele yumşaqlığındadır. Qafa sümüklərimiz bərk olduğundan, başımızı əzdikdə beynimiz zədələnə bilər. Məsələn, bir futbolçu başı ilə qol vurub oyunu qazanırsa, demək ki, beyninə zərər verib onu getdikcə itirir.


 

Beyni inkişaf etdirməyin yollarından biri də hisslərimizi zənginləşdirməkdir. Gözünüzü fərqli və gözəl görüntülərlə, qulağınızı fərqli və gözəl səslərlə sevindirin.


 

Çox gəzmək kimi çox oxumaq da beyinə faydalıdır.