Dünya xalqları milli bayramlarını neçə gün qeyd edir?

Day.Az представляет новость на азербайджанском языке.

Dünya xalqları neçə gün və necə bayram edir?

Bu gün Azərbaycanda Novruz bayramının son günüdür. Sabahdan etibarən ölkə əhalisi işə çıxacaq, paytaxtda iş həyatı başlanacaq. Və yenə ənənəvi müzakirələr başlanacaq: "Bu qədər istirahət günü çoxdur... Heç 7 gün də qeyri-iş günü olar?" Sonra da keçəcəyik müqayisələrə: "Bax gör xaricdə heç bu qədər istirahət edən var? Allahın amerikalısı, fransızı, ispanı..." Beləcə, uzanacaq müzakirələr. Və əslində uzanmalıdır da.

"Yeni Müsavat" oxucularımızın istirahətdən qayıtdığı bu günlərdə dünya ölkələrini bayram statistikasını araşdırdı. Hansı ölkə nə qədər istirahət edir? Okeanın o tayında neçə bayram var? Milli, klassik, qeyri-klassik bayramlar hansılardır?

Şrilankalılar bizimlə rəqabətə giriblər?

Bəli, araşdırmalar sübut edib ki, dünyada ən çox qeyri-iş olan bayram günləri Şri-Lankadadır. Bu ölkə vətəndaşlarının məzuniyyətdən savayı, ildə 24 gün istirahət etmək şansı olur. İran, Maldiv adaları və Braziliyada belə günlərin sayı 21-dir. Hökumət Hindistanda 18, Cənubi Koreyada 17, Yaponiyada 15 bayram günü müəyyənləşdirib. Avstraliya və İsveçrədə 11, Sinqapur, İrlandiya və Niderlandda 10, Britaniyada 9, Kubada 8, Sloveniyada 16, Avstriya və Çexiyada 15, Kipr və Slovakiyada 14, Rusiyada 12 qeyri-iş günü var.

YUNESKO-nun qiymətləndirmələrinə görə, dünya üzrə qeyri-iş günlərinin orta statistik rəqəmi 12,2 gündür. Almaniya vətəndaşları 13, İtaliya 12, ABŞ isə 11 gün evində bayram edir.

MDB ölkələrindən Belorusda 13, Rusiyada 11, Ukraynada 10 gün qeyri-iş günü var.
Bu rəqəmlərə dünya xalqlarının məzuniyyət günlərini də əlavə edəndə ortaya daha maraqlı mənzərə çıxır.

Almaniyada məzuniyyət günləri Avropa Birliyinin digər 26 ölkəsi ilə müqayisədə daha çoxdur - 30 gün. Bura 10 dövlət bayramını da əlavə etsək, Almaniya istirahət günlərinin sayına görə İtaliya (39 istirahət günü) və Danimarkanı (38 istirahət günü) qabaqlayır. Ən az ödənişli istirahət günləri Macarıstan və Rumıniyadadır - 27 gün. Almaniyada iş həftəsinin müddəti də azaldılıb - 2006-cı ildən bu ölkədə iş həftəsi 40,6 saat təşkil edir.

Günbəgün dünya ölkələrinin təqvimindəki özəl günlər, bayramlar...

İndi keçək bayramlara.

1 Yanvar: Bütün Qərb dünyası, eləcə də Hindistan, İndoneziya, Yaponiya, Koreya, Filippin, Sinqapur, Tayvan və Tailandda yeni il keçirilir.
2 Yanvar: İsveçdə "Berchtoldstag" (milli bayram).
3 Yanvar: Yaponiyada Genşi-Sai (İlk başlanğıc)
5 Yanvar: İngiltərədə dini bayram
6 Yanvar: İngiltərədə 5 yanvarda qeyd olunan bayramın bütün katolik Avropa və Latın Amerikasında qeyd olunduğu gün.
Yanvar ayının üçüncü bazar ertəsi günü: ABŞ və Vircin adalarında Martin Luther Kinq CR'in ad günü
15 Yanvar: Yaponiyada Yetkinlər Günü
20 Yanvar: İngiltərədə Əziz Aqnes Günü
26 Yanvar: Avstraliya Günü, Hindistanda Cümhuriyyət Günü
Yanvar-Fevral: Çində yeni il bayramı
3 Fevral: Yaponiyada "Setsebun", yəni, toxum atmaq bayramı
5 Fevral: Meksikada konstitusiya elanının ildönümü
6 Fevral: Yeni Zelandiyanın milli günü
11 Fevral: Yaponiyanın beynəlxalq quruluş günü
1 Mart: Koreyada Qurtuluş Hərəkatının başlanğıcı günü, Panamada Konstitusiya Günü
8 Mart: BMT-yə üzv olan ölkələrdə Dünya Qadınlar Günü
19 Mart: Kolumbiyada, İtaliya və İspaniyada A.Cosef Günü
21 Mart: Meksikada Benito Juarezin doğum günü qutlamaları
22 Mart: Ərəb Birliyinə üzv olan ölkələrində Ərəb Birliyi Günü
23 Mart: Pakistan Günü
25 Mart: Yunanıstanın Qurtuluş Günü; İngiltərədə Lady Day
26 Mart: İspaniyada "Fiesta del Arbol", yəni Çardaq Günü
29 Mart: Tayvanda Gənclik və Şəhidlər Günü
30 Mart: İndoneziyada Yeni il bayramı
Mart - Aprel: Xristian dünyasında Pasxa, Pasxa öncəsi oruc günləri və "Mardi Gras" Festivalı. (Ancaq bayram günləri ölkələrə görə fərqlidir)
1 Aprel: Dünyada zarafat Günü, İspaniyada Zəfər Günü
8 Aprel: Yaponiyada Çiçək Günü
14 Aprel: Amerikada Pan Amerikan Bayramı
19 Aprel: Venesuelada Müstəqillik Günü
22 Aprel: İspaniyada Kraliça İsabella Günü
23 Aprel: İngiltərədə Müqəddəs Corc Günü
1 May: Bir çox ölkələrdə may bayramı və ya işçi bayramı
5 May: Yaponiya və Koreyada Uşaq Bayramı. Hollandiyada müstəqillik günü
6 İyun: Koreyada Xatırlama Günü, İsveçdə Bayraq Günü
1 İyul: Honqkonqda yarı il tətili, Tayvanda Bank Bayramı
4 İyul: ABŞ-da Qurtuluş Günü
10 İyul: Yaponiyada "Bon", yəni, şans bayramı
14 İyul: Fransada Bastiliya Günü
21-22 İyul: Belçikada beynəlxalq tətil
24 İyul: Venesuelada Simon Bolivarın ad günü qutlamaları
1 Avqust: İngiltərədə Lammas Günü, İsveçrədə Beynəlxalq Gün
14 Avqust: Pakistanda Müstəqillik Günü
15 Avqust: Hindistan və Koreyada Müstəqillik Günü, Katolik ölkələrində "Fərziyyə Günü".
Sentyabr: ayın ortasında İspaniyada "Sherry" - Şərab Günü
Oktyabrın ikinci bazar ertəsi günü: Kanadada Şükran Günü
12 oktyabr: İspaniya və Latın Amerikasında Kolumb Günü
24 oktyabr: Birləşmiş Millətlər Günü
26 oktyabr: Avstraliyada Beynəlxalq Tətil Günü
Oktyabrın son cümə axşamı: ABŞ-da Şükran Günü
1 Noyabr: Katolik ölkələrində "All Saints" (Bütün Müqəddəslər) Günü.
2 Noyabr: El Salvador, Lüksemburq, Meksika, San Marino və Vatikanda "All Souls" (Bütün Ruhlar) Günü.
3 Noyabr: Yaponiyada Mədəniyyət Günü
4 Noyabr: İtaliyada Beynəlxalq Günü
11 Noyabr: Belçika, Fransa və Taitidə Atəşkəs Günü, Fransada Qazilər Günü, Bermudada Xatırlama Günü
15 Noyabr: Braziliyada cümhuriyyətin elanının ildönümü
19 Noyabr: Monakoda Beynəlxalq Gün
20 Noyabr: Meksikada inqilabın ildönümü
23 Noyabr: Yaponiyada "Kinro-Kansha-No-Hi", yəni, İşçilərin Şükran Günü
30 Noyabr: Filippində Beynəlxalq Qəhrəmanlar Günü
5 Dekabr: Haitidə Kolumbun bölgəni kəşf etməsinin ildönümü
6 Dekabr: Finlandiya Qurtuluş Günü.
8 Dekabr: Katolik dünyasında Məryəmin hamilə qalmasının qeyd olunması
10 Dekabr: Tailandda Konstitusiya Günü: Birləşmiş Millətlərə üzv olan ölkələrdə İnsan Haqları Günü
Dekabr ayının üçüncü həftəsi boyunca Meksikada Posada bayramı 9 gün qeyd edilir.
25 Dekabr: Xristian ölkələrində Yeni il
26 Dekabr: Avstraliya, İrlandiya, İtaliya, San Marino və İsveçrədə St. Stefan Günü, İngiltərə, Cənubi İrlandiya və Avstraliyada Boxinq Gün
28 Dekabr: Nepalda Beynəlxalq Gün
31 Dekabr: Bütün dünyada yeni il; Yaponiyada "Omisoka" (Böyük Son Gün); Şotlandiyada "Hogmanay" Günü.

100 tonluq pomidor bayramı


Gördüyünüz kimi, dünya ölkələrinin təqvimləri də bizimki kimi "aşıb-daşır". Amma əcnəbilərin o qədər qeyri-adi bayramları var ki, onlar həm qeyd olunma formasına, həm rəngarəngliyinə görə xeyli diqqət çəkir. Onlara da nəzər salaq:

Bu bayram- Bunol kəndində keçirilir. Bu İspaniyanın ən populyar və ən sevilən bayramı hesab olunur. Xüsusi maşınlarda döyüş olan meydana-silahlar, yəni 100 ton pomidor gətirilir. Bayramın qaydaları olduqca asandır: pomidorla ürəyin istəyən şəxsi vura bilərsən. Hətta eyni vaxtda 4-5 nəfəri də vurmağın mümkündür. Eyni zamanda pomidorlu paltarı dəyişmək, onları cırmaq və s. kimi hallara icazə verilmir. Bayram sona çatdıqdan sonra burada iştirak edənlər xüsusi duş kabinalarına göndərilmiş olurlar.

"The Summer Redneck Games" adlı bayram isə hər il ABŞ-da keçirilir. Bayramın bir hissəsi olan festivalın əsas qaydası burda iştirak edənlərin üzərinə gil tökülməsidir.
"Zombie March" adlı bayram hər il Bostonda keçirilir. Qaydası isə ondan ibarətdir ki, sanki iştirakçılar öz qurbanlarının axtarışındadırlar. Bəzilər əsl zombi obrazını yaradaraq xüsusi saç düzümündə ve kostyumda bayram-festivalda iştirak edir. Son illərdə bu festivalda ən çox rast gəlinən obraz isə Michael Jackson "Thriller" klipində yaratdığı obrazıdır.

Onlar da tonqal qalayır - amma şeytanı qovmaq üçün


"The Festival of Colors" - Bu bayramın adı isə "rənglərin fesitvalı" deməkdir. Hind xalqının qədim bayramlarından biridir. Yazın gəlməsi ilə əlaqədar onlar sanki, şərin getməsi və xeyirin yenidən çiçəklənməsi bayramını edirlər. Bayram 2 gün olaraq davam edir. Əfsanəyə əsasən, həmin gün Holik adlı şeytan ölüb. Bu gün pis ruhların qovulması üçün hər yerdə tonqal (alov) qalanır. Onlar belə hesab edirlər ki, 1 illik olsa belə həmin şeytanın ruhunu qova bilirlər.

Tapati Festivalı da Çilinin ən qədim bayramı hesab olunur. Həm qadınlar, həm də kişilər "Banan qaçışı" adlı yarış qururlar. Yarışmaya isə aralarından seçilən xüsusi şahzadə başçılıq edir. O, nəinki yaraşıqlı, eyni zamanda zəhmətkeş olmalıdır. Sonda ən çox banan yığan qalib gəlir.

İtalyanlar isə ilin bir gününü portağal döyüşünə həsr edirlər. "Portağal bayramı" adlanan bayramla hər il ənənəvi olaraq minlərlə insan küçələrə çıxaraq bir-birinə portağal atırlar. Bu bayram hələ XII əsrdə formalaşıb. Orta əsrlərdə bu yolla hakimiyyəti idarə edən qüvvələrə etiraz edilib.

Monkey Buffet - adından da göründüyü kimi, bu bayramda söhbət meymun banketindən gedir. Sözügedən bayram-festival Lopburi qəbiləsində (Tailandda) keçirilir. Hər il 600-a yaxın meymun nahara dəvət olunur. Naharda isə mütləq müxtəlif meyvələr və tərəvəzlər yer almış olur. Əfsanəyə görə, meymun qüvvəsi məhz Ram Allahının şərəfinə gətizdirilir. Sanki o meymun ordusunun qüvvəsi ilə öz düşmənlərinə diz çökdürə bilib.

Milli.Az