AST Telmana görə müraciət səsləndirildi

Day.Az представляет новость на азербайджанском языке.

AST Telmana görə Ərdoğana müraciət edildi.
 

Azərbaycan əsilli yəhudi milyarder Telman İsmayılovun Antalyada açdığı dəbdəbəli "Mardan Palace" otelinə görə "Xalqbank"dan 62,5 milyon dollar kredit alaraq geri qaytarmaması ilə bağlı xəbərlər Türkiyə mətbuatında böyük əks-səda doğurub.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bununla bağlı Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun müavini Sezgin Tanrıqulu Ərdoğan hakimiyyətinə rəsmi şəkildə 4 sual ünvanlayıb. CHP bu məqsədlə baş nazir Rəcəb Tayyib Ərdoğanın müavini Əli Babacana rəsmi sorğu göndərib.

O sorğusunda Ərdoğan hökumətinə aşağıdakı sualları ünvanlayıb.

Həmin sualları təqdim edirik:

1. Antalyada tikilən və 2009-cu ilin may ayının 26-da açılışı olan təxminən 1,4 milyard dollara başa gələn 5-ulduzlu "Mardan Palace" otelinin sahibi Azərbaycan əsilli biznesmen Telman İsmayılova 2009 və 2011-ci illərdə "Xalqbank" tərəfindən verilən 62,5 milyon dolların batması xəbəri doğrudurmu?

2. "Xalqbank" tərəfindən Telman İsmayılova verilən 62,5 milyon dollarlıq kreditin qanunsuz olaraq verilməsi ilə bağlı iddia doğrudur?

3. "Mardan Palace" otelinin 913, 78 kv.m-lik hissəsi dövlət torpaqlarında tikilib. Dövlət torpaqları isə bankda ipotekaya qoyula bilməz. Amma bildirilir ki, həmin ərazi bankda ipotekadadır. Bu doğrudurmu?

4. Telman İsmayılovun Türkiyədə ortaq olduğu şirkətlər hansılardır?

Milli.Az