Depressiv adamlar evdə oturmasınlar Day.Az представляет новость на азербайджанском языке.

Depressiyaya meylli şəxslər işdə daha çox qalsalar, öz psixi problemlərinin öhdəsindən daha rahat gələ bilərlər. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Melburn Universitetinin əməkdaşları apardıqları araşdırmanın nəticələrini "Plos One" jurnalında dərc ediblər.

Tədqiqat göstərib ki, depressiv vəziyyətdə işləməyə davam etməklə insan öz psixi vəziyyətini yaxşılaşdıra bilər.

Alimlər onu da qeyd edirlər ki, yaxşı idarəetmə sayəsində işçilərin depressiv vəziyyətlərini yaxşılaşdırmaq olar. Tədqiqatın keçirilməsinə hipotetik koqorta adlı xüsusi yanaşma tətbiq edilib. Bu cür metod depressiv pozğuluqdan əziyyət çəkən adamların xüsusiyyətlərini və xarakteristikalarını, metaanalizləri bir araya toplayır. Toplanılan məlumatlar bir gündən beş ilə qədərki dövrü əhatə edib.

Məlum olub ki, depressiv əməkdaşların xəstəlik məzuniyyətinə çıxmağındansa, işə davam etmələri psixoloji narahatlıqları tez aradan qaldırır.