Qocalıq hansı yaşdan sonra başlayır? Day.Az представляет новость на азербайджанском языке:

Beynəlxalq tətbiqi sistem analizi institutunun əməkdaşları əmindirlər ki, qocalığın 65 yaşdan sonra hesablanması doğru deyil.

Milli.Az-ın məlumatına görə, alimlərin apardıqları araşdırmalar hər şeyin dəyişdiyini göstərir.

Adı çəkilən institutun əməkdaşları hesab edirlər ki, qocalıq müəyyən bir yaşda deyil, ömrünə nə qədər qaldığında hesablanmalıdır. 200 il əvvəl 60 yaşlı insan çox yaşlı hesab olunurdusa, bu gün həmin yaş həddini 74 kimi göstərmək olar.

Mütəxəssislər qeyd edirlər ki, əgər qocalıq haqda düşüncələr dəyişərsə, ahıl insanların da sayı az olar.