Nostradamusun gələcəklə bağlı proqnozları Day.Az представляет новость на азербайджанском языке:

Dünya tarixinin sirli şəxsiyyətlərindən biri də fransalı öncəgörən keşiş Mişel Nostradamus olub. O, 1503-cü ildə Fransanın kiçik bir vilayətində dünyaya gəlib. Ailəsi və övladının qəfil ölümündən sonra böyük sarsıntı yaşayan Nostradamus hamıdan uzaqlaşaraq Belçikada bir monastıra sığınır və dünyanın gələcək taleyi haqqında proqnozlar yazır.

Fransa kralı II Henriyə yazdığı məktubda bu bacarığını Tanrıdan gələn lütf kimi əsaslandırır və bu lütf üçün Tanrıya dərin minnətdarlığını bildirir. O, özünün qabaqcadan dediyi vaxt - 1566-cı ildə vəfat etsə də, dünyanın gələcək tarixi, hətta XX və XXI əsr haqqında dediklərinin əksəriyyəti gerçəkləşib.

Milli.Az modern.az-a istinadən həmin gerçəkləşən proqnozlardan bir neçəsini təqdim edir (Öncəgörən öz proqnozlarını dördlüklər şəklində yazırdı, bəzən də bu cümlələr arasında rabitəsizlik var idi. Gerçəkləşən tarixi hadisədən əvvəl onların proqnozunu təqdim edirik).

1. Mussolini haqqında

"Norveçdə, Dasiyada və Britaniya adalarında müttəfiq qardaşlar böyük çətinliklər törədəcəklər. Fransız soyköklü romalı lider... Ordular meşəyə çəkiləcək!"

Nostradamusun XVI əsrdə dediyi sözlər II Dünya Müharibəsinin gedişini tam olaraq özündə əks etdirir. Hitler və Mussolini II Dünya Müharibəsi illərində Norveçə, Dasiyaya, yəni Rumıniyaya böyük ziyan vuran "qardaşlar, daha doğrusu, bir-birilərinə bağlı olan müttəfiqlər idilər. Meşəyə çəkilən ordu isə faşistlərlə döyüşdə böyük rol oynayan məşhur müqavimət hərəkatıdır. Fransız soykökülü romalı lider isə təbii ki, Mussolinidir.

2. "Berlin divarları" haqqında

"Şərqdəki divar uçurdulacaq. Şimşək və ildırım görünür... Yeddi gündən sonra düşmənlər alaqapının ağzında görüşəcək!"

Şərqdəki divar Berlin divarıdır. Həmin divar 1990-cı ildə dağıdıldı və bir-birinə az qala düşmən kəsilən iki tərəf - daha doğrusu, vahid xalq ala qapıda - Brandenburq darvazasının ağzında görüşdü.

3. Şarl de Qoll haqqında

"Fransızların yaxşı tanıya bilmədiyi bir adam doğulacaq. Özünü döyüş meydanında göstərib düşmənə qalib gələcək. O, döyüşdə qalib gələn zaman isə bir paxılı öldürəcəklər".

Bu bənd general Şarl de Qolla aiddir. Paxıl adlandırılan adam isə admiral Darlindir. Onu 1942-ci ilin 24 sentyabrında öldürürlər. Şarl de Qoll II Dünya Müharibəsi zamanı Fransanın taleyini dəyişən bir general idi. Əvvəlcə yaxşı dəyərləndirilməsə də, sonradan bütün Fransanın qəhrəmanı oldu.

4. Hitler haqqında

"Nariki adalarından başlayan Reyn çayının sahilində böyük bir şəxsiyyət doğulacaq! O, çox gec gəlsə də, Polşa və Macarıstanı qoruyacaq. Onun başına nə gəldiyini heç vaxt bilməyəcəklər. Lideri dəmir qəfəsə salacaqlar, alman oğlu heç bir qaydalara tabe olmayacaq".

"Sehirli keşiş"in tədqiqatçıları uzun müzakirədən sonra bu sözlərin məhz dünya tarixini dəyişməyə cəhd edən Nasist Partiyasının lideri Adölf Hitlerə aid olduğunu qeyd edirdilər. Hitlerin ölümü bu gün də müəmma olaraq xatırlanır. Onun gizləndiyi bunkerdən çıxıb çıxmaması, cəsədlərin onun və qadınına aid olub olmaması hələ də sual altındadır.

5. Xirosima və Naqasaki faciəsi haqqında

"İki dənizyanı şəhərə fəlakət üz verəcək. Elə fəlakət ki, misli-bərabəri olmayb. Aclıq və vərəm... Ev-eşiksiz qalan uşaqlar Allahdan kömək istəyəcəklər".

Yaponiyanın bu iki şəhəri 1945-ci ildə dünyada misli-bərabəri olmayan dağıntıya məruz qaldı. Hər iki dəniz kənarında yerləşən şəhərə atılan bombadan sonra xəstəliklər də artdı, evsiz-eşiksiz adamların, kimsəsiz uşaqların sayı da...

6. III Dünya Müharibəsi haqqında

"Antixrist üçlüyə heç nə verilməyəcək. Müharibə 27 il çəkəcək. Hər yan qandır, cəsədlər torpağı murdarlayır. Dünya müqəssirləri əzizləyir, mütəfəkkir isə məhv olub gedir".

Tədqiqatçılar nədənsə onun bu qeydlərini III Dünya Müharibəsinə işarə edirlər. Onların yazdıqlarına görə, bu qeydlərə əsasən, guya III Dünya Müharibəsi artıq başlayıb və 2025-ci ildə sona çatacaq.

7. Amerika və Rusiya haqqında

"Hakimiyyət yalnız ikinizə qalacaq! Lakin onların arasında həmrəylik uzun sürməyəcək. Üç il yeddi aydan sonra onlar müharibəyə qoşulacaqlar. Və qələbəni hökmən Amerikada doğulan adam qazanacaq".

8. Nüvə silahı haqqında

"Səma ərimiş qızıl tək parıldayır. Möcüzəli atəş insanların qatilinə çevrilir. İxtiralarda mənəvi qida yox, bədxahlıq var. Təqib və ölüm hər yeri bürüyür".

***

Nostradamusun sonradan gerçəkləşən proqnozlarına misal olaraq 1956-cı il Macarıstan inqilabı, 1936-cı ildə İspaniyadakı vətəndaş müharibələri, Kennedilərin qətli, həmçinin XX əsrin bir çox elmi nailiyyətləri - nüvə silahı, baktereoloji kimyəvi silahlar, sualtı hərbi qayıqları da göstərmək olar.

Nostradamusun dünyanın bundan sonrakı tarixi haqqında dediklərindən bəziləri:

- Fransa hansısa müsəlman dövləti ilə müharibəyə başlayacaq;

- Marsa gediş-gəliş sürətlə inkişaf edəcək və bu, bəşəriyyət üçün təhlükə yaradacaq;

- Avropada böyük daşqın olacaq! (Tədqiqatçıların dediyinə görə, bu daşqın İspaniya, Portuqaliya və İtaliyanı əhatə edəcək);

- Dünya tarixində yeni mərhələnin başlanğıcı olacaq. Başqa planetlərlə əlaqələr yaranacaq.