Ən çətin piyləri əridən dadlı pəhriz

Day.Az представляет новость на азербайджанском языке:

Xanımlar arıqlamaq üçün bir çox üsullara əl atırlar. Diyetoloqlar arıqlamaq üçün ən çox qarabaşaq pəhrizini məsləhət görürlər. Çünki qarabaşaq çox az kalorilidir. Milli.Az publika.az-a istinadən qarabaşaq pəhrizini təqdim edir.
 

Bu faydalı pəhrizdən istifadə zamanı siz cəmi iki həftəyə 10 kiloqram arıqlaya biləcəksiniz. Lakin bu pəhrizi 2 həftədən artıq saxlamaq olmaz, bu, sağlamlığınız üçün zərərli ola bilər. Pəhriz saxlamağınıza baxmayaraq, əgər siz hələ də istədiyiniz çəkini eldə etməmisinizsə, mütləq bir ay fasilə verib sonra yenə saxlamaq lazımdır, amma növbəti pəhrizi bir həftə saxlamalı olacaqsınız.

Qarabaşaq çox xeyirli bir qidadır, onun tərkibində amin turşuları, həmçinin kalium, maqnezium var.

Hazırlanma qaydası elə də çətin deyil, gecə 1 stəkan qarabaşağa 2 stəkan qaynar su əlavə edin. Səhərə kimi qalmalı və o suyu udmalıdır. Səhər qarabaşaq şişir, suyunu süzün. Nə duz, nə də yağ əlavə etmək olmaz, bişirmək də qadağandır. Çünki bişmiş qarabaşağın vitaminləri itir və onun orqanizmi təmizləyici xüsusiyyəti onun yumşalması ilə kəskin şəkildə azalır. Onu da deyim ki, hamilələr, şəkər xəstələri və mədə-bağırsaq traktında xəstəlik olanlar bundan istifadə edə bilməzlər.

Bütün gün ərzində istədiyiniz qədər qarabaşaq yeyə bilərsiniz. Əlavə olaraq qatıqdan istifadə etmək olar. Qatıq 1 litrdən artıq olmaz, yatmağa 4-6 saat qalmış yemək olmaz. Amma 1 stəkan qatıq içməyə icazə verilir. Gün ərzində polivitaminlərdən istifadə edin.1-2 ədəd alma və portağal yemək olar. Bu pəhriz beyində qan dövranını zəiflədir. Dolayısı ilə əmək qabiliyyətini aşağı salır. Həmçinin biliyimizi artırmağa mane olur, ancaq bunun da çıxış yolu var. Bir stəkan suya 1 çay qaşığı bal və bir dilim limon əlavə edərək için. Qorxmayın, bu baldakı qlükoza bütünlüklə beyini qidalandırır. Səhərlər çay və qəhvəsiz qala bilməyənlər bu içkilərdən istifadə edə bilərlər, amma şəkər qadağandır.

Məşqlə birlikdə bu pəhrizdən istədiyinizi daha tez əldə edərsiniz.