İnanılmaz: bu qadın 362 kq arıqladı - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке:

Artıq çəkidən əziyyət çəkməsi onun həyatında yeganə problem olmayıb.
 

Ölkə.Az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatında 500 kq çəkisi olan Mayra Rosales 11 əməliyyat keçirdikdən sonra 362 kq arıqlayıb.
 

4 il ərzində kilo vermək istəyən qadın hal-hazırda təxminən 90 kq-dır. Ancaq onun artıq çəkidən əziyyət çəkməsi onun həyatında yeganə problem olmayıb. Bu qadınla bağlı 2008-ci ildə öz bacısıoğlu Elisonu əzərək öldürdüyü xəbəri yayılmışdı. Qadın isə polislərə uşağın yanlışlıqla altında qalaraq öldüyünü bildirmişdi. Lakin tibbi ekspertiza uşağın əsl ölüm səbəbinin başına hər hansı alətlə bir neçə dəfə vurulması olduğunu açıqlayıb.
 

Uşağın başına onun anası Yami vurubmuş. Amma Yaminin evdən qaçması ilə Mayra cinayətkar elan edilib və edam cəzası ilə cəzalandırılıb. Amma sonda Yaminin Texasa qayıdaraq polisə təslim olması ilə Rosales edam cəzasından qurtulub.
 

Bəxti gətirməyən qadın cəzadan qurtulsa da sağlamlığında ciddi problemlər yaranıb. Həmin gündən etibarən xəstəxanada müalicə alan Rosales yavaş-yavaş arıqlamağa başlayıb və 11 əməliyyatdan sonra 362 kq arıqlayıb.

Sizə Mayranın fotolarını təqdim edirik: