Dəhşət! 61 yaşında gənc qız kimi... - FOTO

Day.Az представляет новость на азербайджанском языке:

"İllərə meydan oxuyan", "Zamanı məğlub edən", "Qocalığı geri çəkilməyə vadar edən"...
 

ABŞ-ın Las-Veqas şəhərindəki kazinolardan birinin sabiq rəqqasəsi, indi Portuqaliyanın Madeyra şəhərində yaşayan 63 yaşlı Sian Lesli barədə belə deyirlər.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, əslən Uelsdən olan bu qadının 63 yaşı olsa da, o, nəvəsi ilə yanaşı duranda onun yaşıdı təki görünür.
 

Lesli 61 yaşlı Mayl Hevi ilə birlikldə yaşayır. Onlar qeyri-rəsmi nikahdadırlar.
 

"Cavan qalmaq, təravətli və məlahətli görünmək bizim nəsildə var. Anam 15 il əvvəl 74 yaşında vəfat etdi. Amma ömrünün son illərində o, 30-35 yaşlı qadın kimi görünürdü. Mənim də cavan qalmağımın sirləri çox sadədir. Hər gün təxminən 30 dəqiqəlik məşq, sağlam rasion, normal həyat tərzi, zərərli vərdişlərdən uzaq olmaq və bir də yaxşı genlər. Düşünməyin ki, sərt pəhrizlə özümə əzab verirəm. Yox. Həftədə bir-iki dəfə şərab da içirəm, şirniyyat da yeyirəm. Amma vücuduma fikir verirəm", - Lesli deyib. 

Şəkilləri böyütmək üçün klikləyin: