Əcnəbi qadını İrana heyran qoyan nə ola bilər? - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке:

Böyük İblisi (yəni Birləşmiş Ştatları) lənətləyən ayətullahları və motosikletlərdə əliqamçılı gəzən polisləri ilə İran son bir neçə onillikdə ətraf dünya üçün o qədər də qonaqpərvər yer kimi görünməyib.

Milli.Az BBC-yə istinadən Amy Guttman-ın İran səfəri ilə bağlı yazısını təqdim edir. 

Lakin bir neçə gün bundan əvvəl Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi İrana qeyri-zəruri səfər edən əcnəbilərə xəbərdarlığını dayandırıb.

Mən əlçatmaz yerlərə səfər etməkdən o qədər də qorxan deyiləm, lakin Tehrana qədəm qoyanda xeyli həyəcanlı idim.


Təkbaşına, ağ qadın olaraq kütlədən seçilirdim. Hava limanının girişində gözlərimlə bələdçim Amini axtarırdım və əlində mənim adım yazılmış lövhəni tutan bu adamı görənədək sakitləşə bilməmişdim.
Burada Britaniya, Amerika və Kanada vətəndaşlarını daim bələdçi müşayiət etməlidir. Bu isə o demək idi iki, boyu balaca, ürəyi böyük Amin qarşıdan gələn səkkiz günü mənimlə keçirəcəkdi.

Bu günlərdən çoxu sübhdən başlanıb gecənin gec saatlarında bitəcəkdi. Amin özünün mehriban təbəssümü, incə yumor hissi və zərif təbiəti ilə mənə qardaş kimi olacaqdı. Lakin o, həm də mənim mühasibim oldu. Otellər, ərzaq və süvenirlər, demək olar, Amerika qiymətinə idi, lakin bunu anlamaq gəlmələr üçün bir az çətindir. İranda valyuta kimi rial işlənir, lakin qiymətləri çox vaxt tümənlə yazırlar. 1 tümən 10 rialdır...Sıfırlardan baş çıxarmalı, bölmə əməliyyatını yaxşı bilməlisən.
İran otellərində, sanki, vaxt 1979-cu ildə dayanıb. Bu həmin vaxt idi ki, İslam İnqilabı bütün xarici otel müqavilələrini ləğv etmişdi. Amma bu otelləri bu gün də adətən "köhnə Sheraton" kimi keçmiş adları ilə tanıyırlar. Lakin modern dizaynın və müasir dekorasiyaların yoxluğuna baxmayaraq, mənim gördüyüm mehmanxanalar çox təmiz və işlək idi.


Səhər yeməyində çay, xurma, qarpız, küncütlü yuxa, bal və ya heyva mürəbbəsi, bəzən isə qaymaq verirdilər. Bəli qaymaq!
Çatışmayan bircə qəhvədir - yaxşı bir qəhvə. Hökumətin "ziyanlı Qərb adətlərinə", adamların qəhvə dükanlarında söhbətləşməsinə qarşı mübarzə aparması Tehranda bir çox kafelərin bağlanmasına səbəb olub. Universitetin yanında və Tehranın şimalında bir neçə yaxşı qəhvəxana hələ də var. Amma ən tünd qəhvə də normal "Americano" tamı vermir, hərçənd tipik Amerika üslublu qırmızı məxmər piroqlar getdikcə populyarlaşır. İranda Starbucks kafelərinin parlaq gələcəyi ola bilərdi.

2009-cu ildə tikilimiş "Espinas" oteli lüks beşulduzlu mehmanxanalara bir az bənzəyir. Xarici turist axının artması "Espinas"ın müdiri Əmir Musapur kimi otelçilərə böyük təcrübə gətirib. "Avropalılar həmişə sakit, küçədən uzaq, yuxarı mərtəbələrdə otaq istəyirlər, - deyir Musapur, - Əvvəllər bizdən belə ricalar edilməyib".
"Tehran Times" qəzetinin yazdığına görə, 2014-cü ilin yazında İrana ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çox turist gəlib.


İranda əcnəbi turistlər də daxil, bütün qadınlar başlarını örtməli, boyundan dizədək uzanan və dirsəkləri də örtən əba geyinməlidirlər. Son dərəcə dindar olan qadınlar qara çadraya bürünürlər. Qadınların əksəriyyəti al-əlvan geyinirlər.
Bu icbari geyimləri hazırlayan bütöv bir sənətkarlıq manufakturası yaranıb.

Burda hamının zövqünə uyğun əba almaq olar. Mən şalvarımın üstündən köynək geyinmişəm və bu, tamamilə məqbul geyimdir. Amma səyahətimin qalan hissəsi üçün əba almaq məqsədilə Tehranın Cümə bazarına gedirəm.
Burada əntiq əşyalar, əl işləri, cəvahirat, ev avadanlığı, xalça və paltar satan xeyli dükan var. Hamısı da alıcı ilə doludur. Əksər turistlər Böyük bazara gedirlər, lakin Cümə bazarında qiymətləşmək mümkündür və hətta vacibdir.
 

Mən bazarı başqa bir bələdçimlə, Sara ilə gəzirəm. O, mənim ucuz və qədim boyunbağıya heyranlıqla baxdığımı görüb, almamağımı məsləhət bilir. "Evdə buna oxşayanı var. Sənə verərəm", - deyir.

Bu isə artıq əfsanəvi İran qonaqpərvərliyinin və əvəzində heç nə gözləməməyin nümunəsidir. Saranın yanımda olması qanımın arasına girir. Din polisi yaylığımın başımdan sürüşüb çiynimə düşməsinə görə mənə xəbərdarlıq edir.
Vali Əsr adlanan uzun bir küçə qıvrılmış ilan kimi Tehranı və onun adamlarını şərq və qərb hissələrinə ayırır. Cənubda daha çox mömin və mühafizəkar adamlar, habelə işçi və orta sinifə aid ailələr yaşayır.

Tehranın şimalına elita və uğurlu bizneslər sakindir. Cənubda uyğun qiymətə, amma açıq-saçıq olmayan pal-paltar ala bilərsən. Şimalda isə butikləri ilə birlikdə Avropa paytaxtlarına bənzəyən məhəllələr yerləşir.


Səhərin erkən saatlarında Tehranın küçələri sakitdir. Bundan sonra qələbəlik başlanır və şəhər gecəyədək nəqliyyatın tüstüsünə qərq olur. Buna baxmayaraq, Tehranın özünü və hətta ölkənin başqa yerlərini rahatlıqla gəzmək mümkündür. Turistlərin əksəriyyəti maşınlarla gəzirlər. Belə maşınların sürücüləri çox vaxt həm də bələdçilik edirlər. Yollar təhlükəsiz görünür.

Mən 15 cür paxlava-şəkərburası və Atəşgahı ilə tanınan Yəzd şəhərinə də baş çəkirəm. Burada atəşpərəst məbədindəki odu, deyilənlərə görə, 470-ci ildən bəri sönməyə qoymayıblar.
Tehrana dönüş uçuşunda, hava limanının gözləmə salonunda kişilər və qadınlar adi qaydada qaynayıb-qarışırlar. Otuz beş yaşlarında gülərüz bir kişi ailəsi üçün bir qutu şirniyyat alıb.
Mənimlə söhbətə başlayır. Biz adi şeylər barədə danışırıq. Onun söhbətcilliyi təyyarədə də davam edir. Təyyarə endikdən sonra mən Amini gözləyirəm. O isə maraqlanır: "Sizi qarşılamağa gələn varmı?" Mən ona izah edirəm ki, çox güman bələdçim nəqliyyat tıxacında ilişib qalıb və bir az gecikir. Buna baxmayaraq o, Amin gəlib çıxanadək məni tək buraxmır.
Məndə dərin təəssürat buraxan bir qadınla da tanış oldum. Fatimə Fereyduni iki il əvvəl özünün səyahət bürosunu yaradıb.

O, güclü xaraktertə malik, tənha qadındır.


İranda ilk kulinariya səfərlərini təşkil edib. Bu, Qərb turizminin yüksəlişdə olduğu bir vaxtda çox sərfəli amildir. Təkcə Tehranda çörəyin 8 növü var.

Burada hər regionun "öz qarpızı" yetişdirlir. Nar və qozla bişirilən qoyun əti, göyərtili paxla pörtləməsi, sarıköklü dana əti və ya zəfəranlı, albuxaralı plov - bütün bunlar bir qədər məşhur Yotam Ottolenghi menyüsünü, Yaxın Şərq mətbəxinin xəyali dirçəlişini xatırladır, lakin burası var ki, bütün bunlar İran klassikasıdır.
 

Qərbli qonaqların davamlı artımı bu qonaqların nə istədikləri barədə iranlılarda yaxşı təsəvvür yaradıb - onların yemək heyranlığı və rahat bir gecə yuxusu almaq arzusu.

Cənab Musapur və onun həmkarları ehtiyatda bir iki sakit otaq saxlamağı öyrəniblər. 

Şəkilləri böyütmək üçün klikləyin: