Cennifer Lopezi tanımaq çətin oldu - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке:

Dünya şöhrətli seksual müğənni heyranlarını təccübləndirməyə hazırlaşır. Söhbət Ceniffer Lopezdən gedir.
Hələ ötən həftə yarışəffaf geyimi ilə görənlərin ağlını başından alan Lopez tanınmaz hala düşüb.

ANS PRESS-in məlumatına görə, daha öncə də bir neçə dəfə filmə çəkilən müğənni yenidən özünü aktrisa kimi sınamaq niyyətindədir.

Bu dəfə kriminal janrda olan serialda CeyLo Federal Təhqiqat Bürosu əməkdaşını canlandıracaq.

Artıq filmin çəkilişləri də başlayıb. Ən maraqlısı odur ki, tamaşaçıların daima gözəl geyimdə, bəzəkli görməyə alışdığı Lopez bu dəfə zövqsüz geyimləri ilə qarşımıza çıxacaq. Hər halda filmin çəkiliş meydançasından yayılan fotolar belə deməyə əsas verir.

Serialda baş rolu ifa edən aktrisa, müğənni çəkiliş meydançasında çəkilən fotolarında sadə köynəklə, formasız şalarlarla görüntülənib. Onun saç düzümüdə səliqəsiz olub. Ayaqqabıları isə nimdaş olub. Bütün bunlar isə təbii ki, rola uyğunlaşdırılıb.  

Şəkilləri böyütmək üçün klikləyin: