Qadın saç boyasından sonra bu günə qaldı - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке:

30 yaşlı İngilis vətəndaşı Ann-Mariya Haydenin saçını boyaması xəstəxanalıq olması ilə nəticələnib.

Belə ki, ağ tellərini boyamaq istəyən qadın saçına hər zaman istifadə etdiyi boyadan çəkib.

SİA-nın xarici mətbuata istinadən xəbər verir ki, boyanı saçına çəkəndən bir neçə saat sonra qadının üzü şişməyə başlayıb. Ən təəccüblüsü odur ki, Hayden dərisinin allergik reaksiya göstərdiyi həmin boyadan düz 10 ildir istifadə edir. Ancaq bu illər ərzində belə bir problemlə qarşılaşmayıb.
 

Təcili xəstəxanaya aparılan qadını hətta həyat yoldaşı və 5 yaşlı oğlu tanımaqda çətinlik çəkiblər. Onu bu vəziyyətdə görüb göz yaşlarına hakim ola bilməyiblər.
 

Qadının üzündəki şiş 2 gün ərzində çəkilməyib. Göz qapaqları da şişdiyindən həmin günlər ərzində müvəqqəti korluq yaşayıb. Xəstəxanada müalicə alan qadının vəziyyəti hazırda yaxşıdır. Saç boyasından istifadə etməyi düşünmədiyini söyləyən qadın boya firmasını məhkəməyə verməyə hazırlaşır. Ann-Mariya hər hansı bir allergik reaksiyalarla qarşılaşmamaq üçün saçını boyamazdan iki gün əvvəl allergiya testindən keçdiyini də vurğulayıb. 

Şəkilləri böyütmək üçün klikləyin: