Planetdə nadir astronomik hadisə olacaq

Day.Az представляет новость на азербайджанском языке:

Sentyabrın 27-də bizim planetimiz sakinləri kifayət qədər nadir astronomik hadisənin şahidi olacaqlar.

ANS PRESS-in məlumatına görə, bu barədə NASA xəbər yayıb.

NASA mütəxəssisləri bildirirlər ki, axırıncı dəfə belə tutulma 1982-ci ildə olub. Bir də analoji halın olması 2033-cü ildə gözlənilir.

Ayın tam tutulması gecə, ayın yerə ən yaxın ola biləcəyi vaxtda müşahidə olunacaq. Planetin indiki ilində ulduzlar da məhz belə vəziyyətdə yerləşir.

Amerika idarəsində qeyd edilir ki, ayın ilk tutulmasını ilk olaraq, Şimal və Cənub Amerikası sakinləri tərəfindən görüləcək. Sonradan isə Avropa, Afrika, Asiyanın qərb hissəsi və Sakit okean regionunun şərq hissəsində də ayın tutlması müşahidə olunacaq.

Ötən əsri götürsək, ay tutulması hər beş ildən bir müşahidə olunur. Məsələn, 1910, 1928, 1946, 1964, 1982-ci illərdə belə ay tutulmaları müşahidə olunub.